0
Cümə axşamı
Mar 06

Makron Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəsə qarşı çıxdı

HASANLY
Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı münaqişədə "çox kövrək" atəşkəsin əleyhinə çıxış edib.

King.Az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

"Sülhə gedən yol Ukraynadan imtina etməkdən keçə bilməz", - Makron bildirib.

O, əlavə edib ki, sülh nəyin bahasına olursa olsun, Rusiyanın diktəsi ilə qurula və Ukraynanın kapitulyasiyası şəklində ola bilməz.

Fransa prezidenti Ukraynaya Avropa qoşunlarının yerləşdirilməsinin lehinə çıxış edib və vurğulayıb ki, bu qüvvələr indi cəbhə xəttinə getməyəcək, lakin sülhə tam əməl olunmasını təmin etmək üçün sülh imzalanan kimi orada olacaqlar. Makron bildirib ki, Fransa gələn həftə Ukraynada gələcək sülhə zəmanət verməyə hazır olan ölkələrin baş qərargah rəislərini toplayacaq.

O həmçinin Fransanın nüvə silahının istifadəsinin qarşısının alınmasına nəzarət edən qüvvələrinin Avropalı müttəfiqlərinin müdafiəsi ilə bağlı strateji debat keçirmək niyyətində olduğunu bildirib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.