Cümə
Fev 28

ABŞ Silahlı Qüvvələrinin arsenalına uzaqmənzilli hipersəs silahı daxil edilir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
2025-ci maliyyə ilinin sonuna qədər ABŞ Silahlı Qüvvələrinin arsenalına uzaqmənzilli hipersəs silahı daxil ediləcək.

King.Az-ın məlumatına görə, bu barədə "Defense News" Pentaqonun adı açıqlanmayan rəsmisinə istinadən xəbər verib.

Bildirilir ki, söhbət Vaşinqton ştatında yerləşən Lyuis-Makkord birləşmiş bazasında dislokasiya olunan 17-ci artilleriya briqadası üçün nəzərdə tutulan yerüstü hipersəs raketlərindən gedir.

Qeyd olunur ki, bu silahın 2023-cü ilin payızına qədər yerləşdirilməsi planlaşdırılsa da, proses sınaqlar zamanı aşkarlanan problemlər səbəbindən ləngiyib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.