Çərşənbə axşamı
Fev 18

İranın qayıqlarla Yəmənə daşıdığı dron və silahlar ələ keçirilib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəmən hökumətinin Sahil Mühafizəsinin İrandan "Ənsar Allah"a (husilər) göndərilən silah yükünü ələ keçirdiyini açıqlayıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, qayıqda silahlar, dron və rabitə cihazları olub və İran tərəfindən dəstəklənən husilərə çatdırılması üçün nəzərdə tutulub.

Qeyd olunub ki, İran silahlarını daşıyan qayıq husilərin nəzarətində olan Hudeyda limanına doğru hərəkət edirmiş.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.