Çərşənbə axşamı
Yan 28

Macarıstanın Baş naziri Viktor Orban Brüsseli Gürcüstana təzyiqləri dayandırmağa çağırdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Macarıstanın Baş naziri Viktor Orban Brüsseli Gürcüstana təzyiqləri dayandırmağa çağırıb.

King.Az-ın məlumatına görə, bu barədə Viktor Orban Budapeştdə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşdən sonra "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Brüsseldəki bürokratların və "Soros" şəbəkəsinin Gürcüstan hökumətinə hücumlarını dayandırmasının vaxtı çatıb. Mən parlament sədri Papuaşviliyə Gürcüstanın suverenliyi uğrunda mübarizələrində dəstəyimi ifadə etdim", - deyə Orban yazıb.

Görüşdə Orban və Papuaşvili Gürcüstan və Macarıstan arasında həm hökumət, həm də parlament səviyyəsində artan əməkdaşlığı, qanunverici orqanlar arasında çərçivə sazişini, Gürcüstanın Aİ-yə üzvlük yolunu müzakirə edib, həmçinin beynəlxalq siyasi platformalarda əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.