0
Şənbə
Yan 11

"Şükrü Saracoğlu" stadionunun dam örtüyünün üzərinə Atatürkün adı həkk olunub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Fənərbağça" klubunun "Şükrü Saracoğlu" stadionunun dam örtüyünün üzərinə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adı həkk olunub.

King.Az xəbər verir ki, məlumatı İstanbul klubunun Mətbuat Xidməti yayıb.

Qeyd olunur ki, dam örtüyünün üzərindəki yazı xüsusi qatran tərkibli maddə ilə işlənilib və istənilən hava şəraitində öz keyfiyyətini saxlayacaq.

"Bu layihə tarixi boyu Atatürkümüzün yolundan dönməyən, qeyd-şərtsiz millətinin və dövlətinin yanında olan klubumuzun mövqeyinin, sədaqətinin simvollarından birinə çevriləcək" - "Fənərbağça" klubunun yaydığı bəyanatda qeyd olunur.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.