0
Cümə axşamı
dek 19

"Disney" transgender personajın şəxsi həyat hekayəsini animasiyadan çıxardı

HASANLY
"Disney" şirkəti "Win or Lose"("Qələbə qazan və ya məğlub ol") animasiyasının süjet xəttində olan transgender personajından imtina etmək qərarına gəlib.

King.Az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.

Belə ki, animasiya softbol çempionatına hazırlaşan orta məktəb komandasına həsr edilib. Süjetdə hər bir komanda üzvünün meydandan kənardakı həyatına diqqət yetirilir, onların məşqçisi, ailəsi və dostları ilə münasibətləri araşdırılır. Süjetdə komandada olan transgender personajın digərləri ilə şəxsi münasibəti də yer alıb.

"Biz başa düşürük ki, valideynlər müəyyən mövzuları uşaqları ilə öz şərtləri çərçivəsində və özlərinin nəzərdə tutduqları vaxtda müzakirə etməyə üstünlük verirlər", - deyə "Disney"dən bildirilib.

Artıq transgender personajın şəxsi həyatına dair məqamlar animasiyadan xaric edilib.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.