8 Mart - Beynəlxalq Qadınlar Günüdür.
King.Az xatırladır ki, bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II Beynəlxalq Konfransında təsis olunub.
Mahiyyət etibarilə qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb.
İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü kimi elan edilib.
Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilib. 1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür.
1995-ci ildən isə ölkəmiz qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
8 Mart - Beynəlxalq Qadınlar Gününüz Mübarək
❤️Oxşar Mövzular

Məhkəmədən Timoşenko ilə bağlı gözlənilməz qərar
8-05-2026, 12:04UEFA Çempionlar Liqası: "Qarabağ" "Şkendiya" ilə üz-üzə
12-08-2025, 11:45Bu bürclər sevgidə xoşbəxt ola bilmir
11-02-2025, 10:00