Qoç
Günün əvvəli risk etməyə, dəstək və ya təsdiq gözləmədən hərəkət etməyə hazır olanlar üçün xüsusilə uğurlu olacaq. Öz təcrübənizə və intuisiyanıza güvənə bilərsiniz: onlar prioritetləri düzgün müəyyənləşdirməyə, səhvlərdən yayınmağa, sonradan peşman ola biləcəyiniz söz və addımlardan çəkinməyə kömək edəcək.
Bu gün bir çox Qoç üçün emosiyalarını idarə etmək adət etdiklərindən daha asan olacaq. Bu, münaqişələrdən qaçmağa, fərqli insanlarla tez ümumi dil tapmağa imkan verəcək. Günün ikinci yarısında birgə fəaliyyətlə bağlı razılaşmalar üçün şans yaranacaq. Bəzi Qoçlar zamanla əsl dostlara çevriləcək etibarlı müttəfiqlər tapa bilərlər.
Buğa
Günün əvvəlində hər şey asan başa gəlməyə bilər. Bu vaxt işə fokuslanan Buğaların qarşısında çətin tapşırıqlar dura bilər. Mövcud bilik və təcrübə onların öhdəsindən gəlmək üçün kifayət etməyə bilər. Məsləhət və ya kömək üçün kimə müraciət edə biləcəyinizi düşünün. Ətrafınızda təcrübəsi sizə çox fayda verə biləcək insanlar var və düzgün yanaşma tapsanız, tezliklə sizi hər cəhətdən dəstəkləyəcək müttəfiqlər qazanacaqsınız.
Tədricən müsbət təsirlərin gücü artacaq. Günün ikinci yarısı son vaxtlar özünə inamı azalan və ya yerində saydığını hiss edənlər üçün yeni imkanlar açacaq. Bir çox Buğalar riskə getməyə hazır olacaqlar və intuisiya nə vaxt cəsarətli, nə vaxt ehtiyatlı davranmaq lazım olduğunu göstərəcək.
Əkizlər
Çətin və dolaşıq bir işə başlamağa çalışın: böyük ehtimalla bu gün onun öhdəsindən əla gələcəksiniz. İntuisiya əvvəllər hamını çıxılmaz vəziyyətə salan suallara cavab tapmağa kömək edəcək. Köhnə tanışların təcrübəsi çox da faydalı olmayacaq, amma yaxın zamanda tanış olduğunuz insanlar sizə dəyərli məsləhətlər verə bilərlər.
Diqqət mərkəzində olduğunuz çıxışlar və ya işgüzar görüşlər uğurla keçəcək. Hələ tam reallaşacağına əmin olmadığınız ideyaları belə bölüşməkdən çəkinməyin. Ola bilsin ki, planlarınız nüfuzlu bir şəxsi maraqlandırsın və yaxın zamanda sizə cəlbedici təkliflər gəlsin.
Xərçəng
Gün bir çox ciddi işlər üçün uyğundur, amma başlamaq üçün əvvəlcə artıq tanış olan tapşırıqları həll etmək daha yaxşıdır. Burada gözlənilməz gecikmələr və çətinliklər olmayacaq. Hər şeyin öhdəsindən yaxşı gələcək, özünüzü daha inamlı və sakit hiss edəcəksiniz. Elə bu zaman yeni təşəbbüslər üçün də uyğun məqam yaranacaq. Köhnə tanışların, məsələn, keçmiş həmkarların təkliflərinə diqqət yetirin: güclü və zəif tərəflərinizi yaxşı bilən insanlar sizə dəyərli tövsiyələr verə bilərlər.
Şəxsi münasibətlər sahəsində vəziyyət o qədər də əlverişli olmayacaq. Yaxınlarla fikir ayrılıqları, qarşılıqlı narazılıqlar mümkündür. Köhnə incikliklər yada düşə və ya keçmiş hadisələri müzakirə etmək lazım gələ bilər. Amma emosiyalara qapılmayacaq, konstruktiv mövqeyi qoruyacaqsınız və bu, münaqişədən qaçmağa, münasibətlərdə tarazlığı bərpa etməyə imkan verəcək.
Şir
Görüləsi işlər gözlədiyinizdən çox olacaq və hər şeyə çatmaq üçün sürətlə hərəkət etməli olacaqsınız. Günün əvvəl hissəsi ikinci yarısından daha uğurlu keçəcək, ona görə də vacib məsələləri təxirə salmayın. Ən önəmli görüşləri günortaya qədər planlaşdırmaq yaxşıdır: bu vaxt başqaları ilə ümumi dil tapmaq, uyğun sözləri və inandırıcı arqumentləri seçmək daha asan olacaq. Yeni tanışlarla görüşlərdə cazibəniz mühüm rol oynayacaq.
Günün ikinci yarısında bir çox Şirlər yaxınlara vaxt ayırmaq, dostlarla görüşmək və ya ailəvi bir tədbir təşkil etmək istəyəcəklər. Bu dövr şəxsi münasibətlər baxımından əlverişlidir, xüsusilə yetkin Şirlər üçün. Təsadüfi bir görüş maraqlı romantik hekayənin başlanğıcı ola bilər.
Qız
Səbirli olun. Bu gün nə ilə məşğul olmağı planlaşdırsanız da, istədiyiniz nəticəni tez əldə etmək çətin ola bilər. Adətən asan alınan işlərdə belə gözlənilməz gecikmələr mümkündür. Hətta əvvəllər etibarlı olan müttəfiqlər razılaşmaları poza bilər və bu da bəzi məsələlərin uzanmasına səbəb olar. Buna görə əsəbiləşməmək və başqalarını tələsdirməmək vacibdir, çünki bu, yalnız münasibətləri çətinləşdirər.
Maliyyə daxilolmaları mümkündür. Böyük məbləğlər olmasa da, yaxınlarınızı sevindirməyə kifayət edəcək. Bununla belə, ulduzlar hər şeyi dərhal xərcləməməyi, qənaətli davranmağı tövsiyə edir. Əgər uzun müddətdir yığım hesabınızı artırmamısınızsa, indi bunun üçün münasib zamandır.
Tərəzi
Gün uğurlu keçəcək. Xüsusilə işə fokuslanan və çətin peşəkar tapşırıqları həll etməyə çalışan Tərəzilər üçün ulduzlar əlverişlidir. Belə Tərəzilərin etibarlı müttəfiqləri, hətta hər sahədə dəstək olmağa hazır əsl dostları yarana bilər. Karyerada sürətli irəliləyiş üçün imkanlar açan maraqlı işgüzar təkliflər də mümkündür.
Gün alış-veriş üçün uyğundur, hətta planlaşdırılmamış olsa belə. Dostlar və yaxınlar üçün hədiyyə ala bilərsiniz, seçimdə yanılmayacaqsınız. Xüsusilə iş və təhsil üçün faydalı olacaq əşyalara diqqət yetirmək məsləhətdir.
Əqrəb
Bu gün sakitliyi qorumaq adət etdiyinizdən daha çətin ola bilər. Səhər xırda səbəblərdən əsəbləşə, ideyalarınızı dəstəkləməyən və ya tənqid edən insanlardan incidə bilərsiniz. Amma təxribatlara uymasınız, tezliklə vəziyyətin yaxşılığa doğru dəyişdiyini görəcəksiniz. Günün əvvəlində ünsiyyətə meyilli olmayan insanlar sonradan daha anlayışlı davranacaq və onlarla vacib məsələlərdə razılığa gəlmək mümkün olacaq.
Kiçik maliyyə daxilolmaları ehtimal olunur. Bəzi Əqrəblərə köhnə borclar qaytarıla və ya əvvəllər görülmüş işin haqqı ödənilə bilər.
Oxatan
Səhər yarana biləcək xırda çətinliklərə həddən artıq kəskin reaksiya verməməyə çalışın. Əgər bunu bacarsanız, gün ümumilikdə çox uğurlu keçəcək. Təkcə sizin deyil, bəzi tanışlarınızın da çox zəhmət sərf etdiyi çətin bir işi uğurla başa çatdırmaq şansı olacaq. Əvvəllər ümid verməyən danışıqlarda da irəliləyiş mümkündür: indiyədək arqumentlərinizi görməzdən gələnlər bu dəfə diqqətlə qulaq asacaqlar.
Vacib bir işlə təkbaşına məşğul olan Oxatanların ağlına yaxşı ideyalar gələcək. Yaradıcı yanaşma problemin öhdəsindən gəlməyə kömək edəcək və bu, hamının diqqətini cəlb edəcək.
Oğlaq
Bu gün mübahisələrsiz keçməyə bilər, amma qalib gəlmək üçün xüsusi səy göstərməyinizə ehtiyac olmayacaq. Arqumentləriniz kifayət qədər inandırıcı olacaq və əvvəllər hər qiymətə haqlı çıxmağa çalışanlar belə onlarla mübahisə etmək istəməyəcəklər. Əvvəllər soyuq münasibətdə olduğunuz həmkarlarla əlaqələrdə müsbət dəyişikliklər mümkündür. Hətta kimsə ilə ortaq maraqlarınız olduğu üzə çıxa və bu, zamanla möhkəm dostluğun əsasına çevrilə bilər.
Bu gün alış-veriş və sövdələşmələr üçün o qədər də uyğun deyil; maliyyə itkiləri mümkündür. Amma yaxın zamanda büdcəni artırmaq imkanı yaranacaq, buna görə pul məsələsində ciddi narahatlıq keçirməyə dəyməz.
Dolça
Gün asan olmasa da, uğur qazanmaq şansınız var. İnadkarlığınız sayəsində istədiyiniz nəticəyə nail olacaq, müstəqil qərar vermək və məqsədə aparan öz yolunuzu tapmaq bacarığınız uzun izahatlardan və lazımsız mübahisələrdən yayınmağa imkan verəcək. Hər kəs yanaşmanızı bəyənməsə də, bir qədər sonra ətrafdakılar düzgün strategiya seçdiyinizi anlayacaqlar.
Maliyyə məsələlərinə diqqət yetirən Dolçaların ağlına əla ideyalar gələ bilər. Pul mövzusunda intuisiya sizi aldatmayacaq və əlavə gəlir mənbəyi tapmağa kömək edəcək. Bununla yanaşı, gözlənilməz xərclər də mümkündür, xüsusən səfər və ya ailə istirahəti ilə bağlı.
Balıqlar
Bu gün nə ilə məşğul olursunuzsa olun, xırda detallara diqqət yetirməyə çalışın. İndi əhəmiyyətsiz görünən məqamlar sonradan mühüm rol oynaya bilər. Hətta adi işlər belə daha ciddi yanaşma tələb edəcək, səhvlərdən qaçmaq üçün hər şeyi bir neçə dəfə yoxlamaq lazım gələcək. Yaxınlıqda məsuliyyətin bir hissəsini üzərinə götürməyə və ya çətin tapşırıqlarda kömək etməyə hazır biri olsa, yaxşı olar.
Gün köhnə əlaqələri bərpa etmək, küsülü olduğunuz insanlarla barışmaq üçün də uyğundur. Əvvəllər anlaşa bilmədiyiniz şəxslər özləri ünsiyyət təşəbbüsü göstərə bilərlər. Belə hallarda diqqətli olun, onların əsl niyyətini anlamağa çalışın və daxil olan məlumatları yoxlamaqdan çəkinməyin.
Oxşar Mövzular
