Qoç
Bəzən şərait o qədər də uğurlu olmaya bilər. Amma bu sizi nə vaxt qorxudub ki? İnadcılığınız və öz gücünüzə olan inam bütün maneələri aşmağa kömək edəcək. Xüsusilə də etibarlı tərəfdaşları olan Qoçlar bunların öhdəsindən daha yaxşı gələcəklər. Digərləri isə müttəfiq axtarsalar, yaxşı olar. Intuisiyanız kimə güvənmək, kimdən isə uzaq durmaq lazım olduğunu göstərəcək.
Çox faydalı məlumatlar əldə etmək şansınız olacaq. Bəzi informasiyalardan dərhal praktikada istifadə edəcəksiniz, bəzilərini isə sonradan işə yarayacağı üçün yadınızda saxlayacaqsınız. Maraqlılığınız əvvəllər dalana dirəyən sualların cavabını tapmağa kömək edəcək. Çoxdan qəbul etməli olduqları qərarı verə bilməyən Qoçların qarşısına yol göstərəcək məlumat çıxacaq.
Buğa
Vacib iş üçün daha əlverişli gün tapmaq çətindir: ulduzlar sizin tərəfinizdədir, insanlar da lazım olanda nadir hallarda köməkdən imtina edəcəklər. Son vaxtlar yaranmış problemlər öz-özünə həll oluna bilər; olmasa belə, tanışlarınızdan biri vaxtında kömək təklif edəcək. Bir zamanlar maraqlı görünən, amma əlverişsiz səbəblərdən reallaşdırılmayan bir ideyaya qayıtmaq üçün imkan yaranacaq. Bu dəfə hər şey alınacaq.
Maliyyə məsələlərində nizam yaratmağı bacaracaqsınız, ailə əmlakı ilə bağlı çətinlikləri həll edəcəksiniz. Gözlənilməz mənbələrdən daxilolmalar mümkündür. Alış-veriş edə bilərsiniz, amma yalnız özünüz istifadə edəcəyiniz şeyləri almaq məsləhətdir.
Əkizlər
Əziyyət çəkmək lazım olacaq. Ciddi əhval-ruhiyyə ilə işə başlayan və vacib məsələləri ertələməyən Əkizlər günortadan əvvəl də uğur qazana bilərlər. Daha az səbirlilər isə bir az çox çalışmalı olacaqlar, amma nəticədən onlar da razı qalacaqlar. Xüsusilə karyera artımı arzusunda olanlara ulduzlar yardım edəcək: daha yüksək vəzifəyə qalxmaq və vacib mövqe tutmaq şansı yaranacaq. Yeni öhdəliklər çətin görünsə də, tez öyrəşəcəksiniz. Vaxtilə sizə borclu olanlar bu dəfə sizə yardım edəcəklər.
Pul daxilolmaları mümkündür, həm də az olmayan məbləğ şəklində. Gün alış-veriş üçün münasibdir, amma yalnız real faydası olan şeyləri seçsəniz. Faydasız və ya “bəlkə bir gün lazım olar” tipli əşyalara pul xərcləməyin.
Xərçəng
Nə baş verirsə- versin, mümkün qədər az həyəcanlanmağa çalışın. Bu gün çətin, hadisələrlə dolu və bir qədər ziddiyyətli olacaq. Gözlənilməz hadisə planlarınızı dəyişdirə, bəzi işləri sonraya saxlamağa, digərlərinə isə dərhal başlamağa məcbur edə bilər. Çaşqınlıq mümkündür, amma əvvəlki təcrübənizi xatırlasanız, vəziyyəti düzgün idarə edəcəksiniz. Sizə yaxşı bələd olan insanlardan məsləhət almaq olar. Yeni tanışlar isə niyə belə davrandığınızı başa düşməkdə çətinlik çəkə bilərlər, ona görə də onlardan dəstək gözləməmək daha yaxşıdır.
Peşəkar və şəxsi maraqları qarışdırmamağa çalışın. Ailə problemlərini iş yoldaşları ilə müzakirə etməyə dəyməz, evdə isə iş məsələləri haqqında gərəksiz yerə düşünməyin.
Şir
Gün pis deyil, amma ehtiyat və diqqət tələb edir. Ağlınıza gələn hər şeyi demək və addımları düşünmədən atmaq məsləhət deyil. Yaxşı planlaşdırılmış addımlar sayəsində xırda xətalardan yayınaraq vacib məqsədə çata bilərsiniz. Bu gün xüsusilə bir şeyi nəzərə alın: öz imkanlarınızı bir qədər yüksək qiymətləndirə bilərsiniz və hər çətinliyi təkbaşına həll edə biləcəyinizi düşünə bilərsiniz. Bu tamamilə səhv deyil, amma günün ikinci yarısında köməyə ehtiyac ola bilər və əvvəlcədən kimə müraciət edəcəyinizi bilmək daha yaxşıdır.
Həm şəxsi, həm də işgüzar münasibətlərdə seçici olmaq lazımdır. Bu gün sizə yaxınlaşmağa çalışan, amma niyyətini gizlədən insanlar ola bilər. Kimsə həddindən artıq israrla sizə xoş görünməyə çalışırsa, onun məqsədi barədə düşünmək lazımdır.
Qız
Başladığınız işlər uğurlu olacaq. Xırda-para şeylərə vaxt itirməyin, xüsusilə də günün əvvəlində. Çoxları sizi dəstəkləyəcək, hətta nüfuzlu insanlar arasından yeni müttəfiqlər tapıla bilər. Onların köməyi bəzən qarşılıqlı olacaq, buna hazır olun — amma bunlar sizə ağır yük olmayacaq.
Son vaxtlar maliyyə çətinliyi yaşayan Qızlar yaxşı qazana, vəziyyətini yaxşılaşdıra bilər. Yeni, kiçik də olsa, sabit gəlir mənbəyi yarana bilər. Xərclərdə tələsməyin, lazımsız alış-verişi sonraya saxlayın.
Tərəzi
Yeni işə başlamaq yaxşı olardı. Bu, bir neçə xoş tanışlıq qurmaqla yanaşı, maraqlı təcrübə də gətirəcək. Üstəlik, yeni fəaliyyət sahəsində tez uğur qazanacaq, irəliləməkdə çətinlik çəkməyəcəksiniz. Uğurlarınız nüfuzlu insanların diqqətini çəkəcək və bəziləri ilə hətta dostluq da yarana bilər.
Son vaxtlar narahatlıq yaradan daxili ziddiyyətlərin səbəbini anlamağa çalışın. Hisslərinizi analiz etsəniz, həm şəxsi, həm də iş həyatında nəyi dəyişmək istədiyinizi müəyyən edə bilərsiniz. Kiçik addımlarla başlamaq daha yaxşıdır və bu gün həmin addımlar üçün çox uyğundur.
Əqrəb
Hər şey asan olmayacaq, amma vəziyyəti yaxşılaşdırmaq üçün sakit dayanıb gözləməyin heç bir faydası yoxdur. Gün konkret addımlar tələb edir, amma onlar düşünülmüş olmalıdır. Əvvəlcə plan qurun, atacağınız addımların nəticələrini dəyərləndirin. Başqasının məsləhətinə ehtiyac qalmayacaq, intuisiya kifayət edəcək.
İşdə fikir ayrılıqları mümkündür. Həmkarlarla yola getmək çətinləşə bilər, rəhbərlikdən iradlar eşidə bilərsiniz. Sakit qalmağa çalışın — çox keçmədən haqlı olduğunuz görünəcək. İndilikdə isə təmkinli olun və xırda fikir ayrılıqlarını mübahisəyə çevirməyin.
Oxatan
Bu gün eksperimentlər üçün uyğun deyil. “Təkər yenidən icad etmək” əvəzinə sınanmış məsləhətlərə əməl etsəniz daha yaxşı olar. Xüsusilə işdə qeyri-müəyyən vəziyyət yarana bilər və buradan çıxış yolu tapmaq üçün bir qədər düşünmək lazım olacaq.
Pul daxilolmaları mümkündür, məbləğ böyük olmasa da, xoş xərclər üçün kifayət edəcək. Gələcək planları və mümkün razılaşmaları müzakirə etmək olar.
Oğlaq
Hadisələrin planladığınız kimi inkişaf edəcəyinə ümid etməyin. Böyük ehtimalla hər şey tamam başqa cür olacaq: gözlənilməz hadisə strategiyanı dəyişməyə məcbur edəcək. Narahat olmayın – hər şeyin öhdəsindən gələcəksiniz. Sadəcə intuisiyanıza qulaq asın və sizi yaxşı tanımayan adamların israrla verdiyi məsləhətlərdən uzaq durun.
İşgüzar münasibətlərə diqqət yetirin. Bu gün yeni tərəfdaş axtarmaqdansa, mövcud əlaqələri möhkəmləndirmək daha faydalıdır. Əvvəllər yaranmış fikir ayrılıqlarını müzakirə etsəniz, hər kəsə uyğun gələn qərar tapmaq mümkündür.
Dolça
Uzun müddət başlamağa cəsarət etmədiyiniz vacib iş üçün əla gündür. Kömək və düzgün məsləhətlər almaq üçün yanınızda doğru insanlar olacaq. Sənədlərlə və rəsmi məsələlərlə bağlı problemlər tez həll olunacaq. Dövlət qurumlarına müraciət edərək kompensasiya və ya digər ödənişlər almaq istəyirsinizsə, çətinlik yaranmayacaq.
Peşəkar tədbirə dəvət alarsınızsa, imtina etməyin. Bu, iş baxımından faydalı olacaq, lazımi insanlarla tanış ola bilərsiniz. Bəzilərindən əməkdaşlıq təklifi almağınız da mümkündür.
Balıq
Uzun müddət etmək istədiyiniz, amma cəsarət etmədiyiniz işi görmək üçün münasib gündür. Səhərdən başlaya bilərsiniz. Amma əvvəlcə sizi dəfələrlə dəstəkləmiş insanla planınızı müzakirə etmək yaxşı olardı — beləliklə, zəif yerləri əvvəlcədən görə biləcəksiniz. Xərclər lazım ola bilər, amma bu gün məbləğ böyük olmayacaq. Yenə də pul xərcləməzdən əvvəl yaxşı düşünün.
Gün işgüzar görüşlər üçün uyğundur. Potensial tərəfdaşlarla danışıqlar uğurlu keçə bilər, uzun müddət nəticə verməyən söhbətlər bu gün həll oluna bilər. Yeni tanışlıqlar isə peşəkar inkişaf üçün imkanlar aça bilər.
Oxşar Mövzular
SEPAH-dan ABŞ-a xəbərdarlıq
2-10-2024, 00:15
Gündəlik Bürclər-(21.08.2025)
21-08-2025, 00:00