0
Cümə
yan 10

Ronaldo yeni ildə ilk qolunu vurdu, "Ən-Nəsr" geridönüş etdi

HASANLY
Səudiyyə Ərəbistanı Pro Liqasında 14-cü turun oyunları keçirilir.

King.Az xəbər verir ki, Ər-Riyadda yerli "Ən-Nəsr" "Əl-Ahdud"u qəbul edib.

Oyunda hesabı qonaqlar açsalar da, meydan sahibləri Manenin dublu və Ronaldonun dəqiq penalti zərbəsi ilə geridönüş edərək qələbə qazanıblar - 3:1.

Hazırda paytaxt klubu 28 xalla yarış cədvəlinin ilk üçlüyünü qapayır. "Əl-Ahdud" isə 12 xalla 14-cüdür.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.