0
Cümə
yan 10

Prezident İlham Əliyevin mesajları və suveren gücün sözü

HASANLY
Yanvarın 7-də Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara ənənəvi müsahibə verib.

"Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjet dövlət başçısının çıxışında yer alan və ölkəmizin beynəlxalq arenadakı addımlarını anlamaq üçün vacib olan bəzi mesajların təhlilinə həsr olunub.

İlk növbədə, dövlət başçısı qlobal konteksti qeyd edib və vurğulayıb ki, hazırda dünyanın bir çox aparıcı ölkələri siyasi, mədəni və mənəvi böhranla üzləşib.

Onun sözlərinə görə, hazırda dünyada yeni qlobal düzən formalaşır.

"Hesab edirəm ki, biz hələ bu prosesin başlanğıcındayıq. Çoxlu boşluqlar yaranır və yaranacaq. İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq artıq öz potensialını itirib", - deyə Prezident İlham Əliyev bəyan edib.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.