1
Cümə axşamı
dek 12

IBA-nın Texniki Komitəsinin sabiq sədri Azərbaycana gəlib, məşqçilərə seminar keçib

Admin
Beynəlxalq Boks Assosiasiyasının (IBA) Texniki Komitəsinin sabiq sədri Raymond Silvas Azərbaycana səfərə gəlib.

Azərbaycan Boks Federasiyası'nın mətbuat xidmətindən verilən məlumata görə, ABŞ-dən olan mütəxəssis səfər çərçivəsində ölkə çempionatına qatılacaq komandaların məşqçiləri və döyüşləri idarə edəcək hakimlərə seminar keçib.

Seminarda yarışa hazırlıq məsələləri, qaydalar və mübahisələrə səbəb olan qərarlar müzakirə edilib, lazımi təlimatlar verilib.

Təlimdə Azərbaycan Boks Federasiyası'nın baş katibi Nağı Səfərov da iştirak edib.

Qeyd edək ki, Raymond Silvas dekabrın 15-20-si aralığında kişi və qadın boksçular arasında keçiriləcək Azərbaycan çempionatının supervayzeri olacaq.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.