UEFA Avropa Liqasında bu gün keçiriləcək "Elfsborq" - "Qarabağ" oyunu İsveç və Azərbaycan təmsilçilərinin avrokuboklarda 10-cu qarşılaşması olacaq.
"King.az" xəbər verir ki, ilk belə oyun 2013/2014 mövsümünə təsadüf edib.
Ağdam klubu eyni turnirin III təsnifat mərhələsində bu ölkənin "Gefle" komandasına rəqib olub. Hər iki görüş "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 1:0, 2:0.
Bir il sonra "İnter" (hazırkı "Şamaxı") Azərbaycan çempionunun hazırkı rəqibi olan "Elfsborq"la üz-üzə gəlib. Səfərdə qalib gələn bakılılar (1:0), evdə eyni hesabla məğlub olub. Penaltilər seriyasında daha dəqiq olan (4:3) qonaqlar mərhələ adlayıblar.
"Qarabağ" 2016/2017 mövsümündə Avropa Liqasının pley-off mərhələsində "Göteborq"u mübarizədən kənarlaşdırıb. Qurban Qurbanovun yetirmələri Bakıda 3 cavabsız qola sevinib, səfərdə isə uduzub - 0:1.
Ağdamlılar 2023/2024 mövsümündə bu turnirdə "Hakken"ə də şans verməyib. "Köhlən atlar" H qrupunda rəqibini 2:1 və 1:0 hesabı ilə üstələyib.
Komanda son olaraq cari mövsüm Liqa mərhələsində Bakıda "Malmö"yə məğlub olub - 1:2.
Beləliklə, "Qarabağ" İsveç təmsilçiləri ilə dueldə 5 qələbə, 2 məğlubiyyətlə yadda qalıb. Topların nisbətindən də Azərbaycan çempionunun üstünlüyü var - 10:4.
Qeyd edək ki, "Elfsborq" - "Qarabağ" oyunu bu gün, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Oxşar Mövzular
"Kainat gözəli 2024" müsabiqəsinin qalibi məlum oldu
17-11-2024, 18:25Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak ediblər
12-10-2024, 21:07"Formula-1" Qətər Qran-prisi: Təsnifat turunun qalibi məlum oldu
1-12-2024, 01:36Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.