0
Çərşənbə axşamı
dek 10

Səfər oyunlarında ən uzun müddət qol buraxmayan klublar bəlli olub

HASANLY
"Araz-Naxçıvan" son beş səfər matçında qapısını toxunulmaz saxladığı üçün "Fiorentina" ilə rekordu əlində saxlayır.

King.Az xəbər verir ki, oktyabrın 5-də "Sabah"la görüşdə (1:1) qol buraxan Elmar Baxşıyevin komandası 65 gündür qapısını meydan sahiblərinin üzünə "tilsimləyib". Bu müddətdə "Araz-Naxçıvan" rəqib meydanlarında xal da itirməyib.

"Şamaxı", "Neftçi" və "Zirə"ni bir, "Kəpəz"lə "Səbail"i iki qolla üstələyən Baxşıyevin yetirmələri dekabrın 22-də "Qarabağ"ın qonağı olacaqlar. Yüksək liqa klublarından yalnız "Fiorentina"nın davam edən oxşar seriyası var.

Florensiya təmsilçisi A seriyasındakı son 5 səfər oyununda qapısını toxunulmaz saxlaya bilib. Sentyabrın 15-də "Atalanta"ya 3:2 hesabı ilə uduzan "bənövşəyilər" həmin matçdan sonra qonaqlara qol sevinci yaşatmayıb.

Naxçıvan klubundan fərqli olaraq, İtaliya təmsilçisi xal itkisi görüb. "Empoli" ilə heç-heçə edən komanda ardınca "Leççe"ni 6, "Cenoa" və "Torino"nu bir, "Komo"nu iki qolla məğlubiyyətə uğradıb.

Qeyd edək ki, "Fiorentina" növbəti səfər matçında "Bolonya"nın qonağı olacaq.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.