0
Bazar ertəsi
dek 09

A Seriyası: "Latsio" "Napoli"ni minimal hesabla məğlub etdi

HASANLY
İtaliya A Seriyasında 2024/2025 mövsümünün 15-ci turunun "Napoli" - "Latsio" matçı başa çatıb.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, oyun Neapoldakı "Dieqo Armando Maradona" stadionunda baş tutub. Qarşılaşma 0:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Matçın yeganə qolunu 79-cu dəqiqədə Ticani Noslinin ötürməsi ilə "Latsio"nun hücumçusu Qustav İsaksen vurub.

Keçirilən 15 matçdan sonra "Napoli" A Seriyasının turnir cədvəlində 32 xalla ikinci yerdədir. "Latsio" da eyni sayda oyundan sonra 31 xalla 5-ci yerdə qərarlaşıb. İtaliya çempionatının turnir cədvəlinə 34 xalla "Atalanta" başçılıq edir.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.