0
Cümə axşamı
dek 05

La Liqa: "Atletik Bilbao" "Real"ı məğlub etdi

HASANLY
İspaniya çempionatının 19-cu turunda "Atletik Bilbao" "Real Madrid"i qəbul edib.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə "Atletik Bilbao"nun xeyrinə başa çatıb.

İlk hissədə komandalar qol vura bilməyib. Matçda hesabı 53-cü dəqiqədə "Atletik Bilbao"nun hücumçusu Aleks Berenger açıb. 69-cu dəqiqədə Killian Mbappe penaltini reallaşdıra bilməyib. 79-cu dəqiqədə Cud Bellinqem hesabı bərabərləşdirib. 80-ci dəqiqədə "Atletik" Qorka Qurusetanın qolu ilə hesabda önə keçib.

"Atletik Bilbao" 16 matçda 29 xal toplayıb və dördüncü yerdədir. "Real Madrid" 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.