Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ildə keçirilən bütün turnirlərdə ən çox qol vuranların siyahısını tərtib edib. "Qarabağ"ın hücumçusu Olavio Juninyo bu siyahıda Luis Suares və Koul Palmeri qabaqlayıb.
King.Az Oxu.Az-a istinadən xəbər verir ki, cədvəldə milli və klubda ümumilikdə 26 və daha çox qol vuranlar yer alıblar. "Qarabağ"ın braziliyalı hücumçusu Olavio Juninyo da ən yaxşılar arasındadır.
26 qol vuran forvard dünyada 45-cidir. O, Premyer Liqada 10, ölkə kubokunda 5, avrokuboklarda 11 dəfə fərqlənib. Juninyo eyni sayda qol vuran Luis Suares və Koul Palmeri əlavə göstəricilərdə, qitə kuboklarındakı qol sayına görə qabaqlayır.
Siyahıya isə Viktor Qyökereş başçılıq edir. İsveç millisinin və "Sportinq"in hücumçusu artıq 59 qol vurub. Erlinq Holand (Norveç, "Mançester Siti") 47 qolla ikincidir. İngiltərə millisinin və "Bavariya"nın əsas silahı Harri Keyn 46 dəfə fərqlənib.
Qeyd edək ki, cədvəldə 54 futbolçu yer alıb.

Oxşar Mövzular
Cennifer Lopes ilk dəfə Ben Affleklə ayrılığını şərh etdi
10-10-2024, 19:56Harri Keyn özünəməxsus rekorda imza atıb
18-11-2024, 11:48Milli Məclisdə yeni TƏYİNAT
14-12-2024, 00:00Gündəlik Bürclər-(19.11.2024)
19-11-2024, 00:09Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.