0
Çərşənbə
dek 04

"Bavariya"nın 38 yaşlı qapıçısı Noyer karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə aldı

HASANLY
"Bavariya"nın 38 yaşlı qapıçısı Manuel Noyer Almaniya kubokunun 1/8 finalında "Bayer Leverkuzen"lə matçın 17-ci dəqiqəsində karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə alıb.

King.Az xəbər verir ki, bu barədə "Championat" məlumat verib.

Birinci hissədə Noyer cərimə meydançasından kənara çıxıb və "Bayer"in müdafiəçisi Jeremi Frimponq ilə çiyin-çiyinə toqquşub. Bundan sonra o, digər oyunçunu aşkar qol imkanından məhrum etdiyi üçün meydandan qovulub.

Xatırladaq ki, 38 yaşlı qolkiper 2011-ci ildən "Bavariya"da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 539 qarşılaşmada iştirak edib.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.