0
Bazar günü
dek 01

Ançelotti üçün "Real"ın toxunulmaz futbolçusu kimdir?

HASANLY
"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde italyan baş məşqçi Karlo Ançelottinin komandasında toxunulmaz oyunçu statusuna malikdir.

King.Az xəbər verir ki, bu barədə "Marca" yazır.

Məlumata görə, uruqvaylı futbolçu Ançelotti üçün komandanın heyətindəki hər hansı ulduzdan daha önəmlidir.

Ançelottinin Valverdeni bir neçə mövqedə oynamaq bacarığına, yaxşı fiziki hazırlığına, eləcə də soyunub-geyinmə otağında nümayiş etdirdiyi liderlik keyfiyyətlərinə görə dəyərləndirdiyi vurğulanır.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.