0
Şənbə
noy 30

A Seriyası: "Milan" 3 xalı 3 qolla aldı

HASANLY
İtaliya A Seriyasının 14-cü turunda "Milan" - "Empoli" görüşü başa çatıb.

King.Az xəbər verir ki, komandalar Milandakı "San Siro" stadionunda qarşılaşıblar.

Matçda meydan sahibləri 3:0 hesabı ilə inamlı qələbə qazanıblar.

Görüşün 19-cu dəqiqəsində "Milan"ın ispaniyalı hücumçusu Morata komandasını hesabda irəli çıxarıb. 44-cü və 69-cu dəqiqələrdə isə yarımmüdafiəçi Reynders dubl edib.

Bu qələbədən sonra "Milan" 22 xal toplayıb. "Qırmızı-qaralar" İtaliya çempionatının turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. "Empoli" 16 xalla 10-cu yerdədir.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.