Rusiyada beş ortağı ilə birlikdə azərbaycanlı iş adamı Səmrat Cavadovun oğurlanması və amansız işgəncə verilməsi işində ittiham olunan Obninsk şəhərinin "Kvant" futbol klubunun futbolçusu Vitali Melnikov Moskva vilayətində həbs edilib.
King.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsinin Mətbuat Xidməti məlumat verib.
Qeyd olunur ki, o, 2025-ci il yanvarın 18-dək həbsdə qalacaq. İdmançı və daha beş Kaluqa sakini zərərçəkəni qaçıraraq, Çexov şəhər rayonundakı meşəyə aparıb və orada işgəncə verib, bütün prosesi kameraya çəkiblər. Nəticədə kişi aldığı xəsarətlərdən yerindəcə keçinib.
Xatırladaq ki, azərbaycanlı iş adamı 30 yaşlı Səmrat Ədalət oğlu Cavadov oktyabr ayında itkin düşüb. İki həftə sonra onun meyiti meşədə tapılıb.

Oxşar Mövzular
Carla Morrison - Disfruto (Audioiko Remix)
24-11-2024, 15:49Gecə növbələri və az yuxu bu xəstəliyə gətirib çıxarır
Bu gün, 17:04Türkiyədə məşhur balıqdan qızılgül yetişdirildi
28-11-2024, 12:10Cennifer Lopes ilk dəfə Ben Affleklə ayrılığını şərh etdi
10-10-2024, 19:56Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.