0
Çərşənbə axşamı
noy 26

Əliyar Ağayev UEFA Avropa Liqası matçını idarə edəcək

HASANLY
Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

King.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Macarıstanda yerli "Ferentsvaroş" və İsveç təmsilçisi "Malmö" arasında keçiriləcək V turun matçını idarə edəcək.

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Noyabrın 28-də Budapeşt şəhərində yerləşən "Ferentsvaroş" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.