0
Çərşənbə axşamı
noy 26

Neymar karyerasını "Real Madrid"də davam etdirmək istəyir

HASANLY
"Əl-Hilal"ın hücumçusu Neymar Səudiyyə Ərəbistanını tərk edə bilər.

King.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu Səudiyyə Ərəbistanındakı karyerasından sonra "Real Madrid"ə keçmək arzusundadır.

Neymar yaxşı münasibətdə olduğu Vinisius Junior və Kilian Mbappe ilə eyni komandada oynamaq istəyir.

Xatırladaq ki, 32 yaşlı vinger bu mövsüm cəmi iki oyunda meydana çıxıb.

Qeyd edək ki, Neymar 2023-cü ilin avqustunda "Əl-Hilal"a keçib. Futbolçunun hazırkı klubu ilə əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" internet portalında verilən məlumata görə, 32 yaşlı hücumçunun bazar dəyəri 30 milyon avrodur.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.