0
Bazar ertəsi
noy 25

Duşan Tadiç keçmiş klubuna qayıdır

HASANLY
"Fənərbağça"nın ulduz futbolçusu sabiq komandası "Ayaks"a geri dönə bilər.

King.Az "Aspor"a istinadən xəbər verir ki, Niderlandın "Ayaks" klubu 36 yaşlı serbiyalı hücumçu üçün 1+1 illik müqavilə təklif edib.

Türkiyə mediasında yayılan xəbərlərə görə, "Fənərbağça" forması ilə 76 oyunda meydana çıxan Tadiç "Ayaks"ın təklifini qəbul etmək niyyətindədir.

Qeyd edək ki, Duşan Tadiç "Fənərbağça" forması ilə ümumilikdə 24 qol, 24 məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.