0
Bazar ertəsi
noy 25

Vinisius Junior uzun müddət yaşıl meydanlardan kənar qalacaq

HASANLY
İspaniyanın "Real Madrid" klubunun ulduz futbolçusu Vinisius Junior zədələnib.

King.Az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tibbi müayinələrdən sonra 24 yaşlı vingerin sol ayağının bud sümüyündə problem aşkarlanıb.

Vinisius Junior əməliyyat olunacağı təqdirdə minimum səkkiz həftə yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, "Real Madrdi" ötən gün La Liqanın XIV turunda səfərdə "Leqanes"i üç cavabsız qolla üstələyib. Vinisius Junior bu görüşdə sonadək meydanda olub.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.