0
Bazar ertəsi
noy 25

"Liverpul"un baş məşqçisi Karlo Ançelottinin rekordunu təkrarladı

HASANLY
Ötən gün səfərdə "Sauthempton"u məğlub edən "Liverpul" (3:2) Premyer Liqada 10-cu qələbəsini qazanıb.

King.Az "Opta"ya istinadən xəbər verir ki, "Liverpul"la 12 görüşün 10-da qalib gələn Arne Slot, İngiltərə Premyer Liqasında rekordu təkrarlayıb. Bundan əvvəl belə nəticəyə yalnız "Çelsi"də çalışmış Karlo Ançelotti və Qus Hiddink nail olublar.

Hazırda "Liverpul" 28 xalla İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, Arne Slotun komandası ikinci yerdə qərarlaşan "Mançester Siti"ni 5 xal qabaqlayır.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.