1
Bazar günü
noy 24

Britaniyanın kral sarayı üç il müddətinə bağlanacaq

HASANLY
Böyük Britaniya monarxlarının əsas iqamətgahı olan Bukingem sarayı binanın təmiri planlaşdırıldığı üçün dekabrdan 2027-ci ilə qədər bağlanacaq.

King.Az xəbər verir ki, bu barədə "The Times" qəzeti yazıb.

Nəşrin məlumatına görə, təmirin dəyəri təxminən 462 milyon dollara çatacaq. Təmir zamanı dövlət tədbirləri Vindzor qəsrində keçiriləcək.

Qeyd olunur ki, üstəlik, təmirdən sonra Böyük Britaniya kralı III Çarlz saraya köçməyəcək, Londondakı digər iqamətgahı "Klarens Haus"da yaşamağa davam edəcək.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.