0
Cümə axşamı
noy 14

"Napoli" Viktor Osimhenin keçidi üçün "Qalatasaray" klubuna qiymətdə endirim edib

HASANLY
İtaliyanın "Napoli" klubu Viktor Osimheni transfer etmək istəyən "Qalatasaray" klubuna futbolçunun qiymətində endirim edib.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, futbolçunun keçidi üçün "Qalatasaray"dan 75 milyon avro yerinə 70 milyon avro tələb olunub.

İlk ödəniş üçün isə 20 milyon avro istənib.

Qeyd edək ki, Viktor Osimhen "Qalatasaray" klubunda icarə əsasında çıxış edir. O bu mövsüm "sarı qırmızılar"la çıxdığı yeddi oyunda dörd qol, dörd məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.