0
Bazar ertəsi
noy 04

"Mançester Yunayted" yarım əsr ərzində ən pis göstəricisinə imza atıb

HASANLY
Ötən gün "Çelsi" ilə qarşılaşaraq heç-heçəyə (1:1) razılaşan "Mançester Yunayted" daha bir antirekordla diqqət çəkib.

King.Az "The Athletic"ə istinadən xəbər verir ki, Premyer Liqada xal baxımından ən pis mövsümünü yaşayan "qırmızı şeytanlar"da vurulan qollarla bağlı vəziyyət daha pisdir.

Komanda 10 turda cəmi 9 qol vurub ki, bu da klubun son 51 ildəki ən aşağı göstəricisidir.

Qeyd edək ki, "mankunianlar" 1973/74 mövsümündə də çempionatın ilk 10 açılış matçında rəqib qapısına cəmi 9 dəqiq zərbə endirə biliblər.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.