İstanbulun Sabiha Gökçen hava limanında gömrükçülər Türkiyəyə qanunsuz timsah və kərtənkələlər keçirməyə cəhd edən sərnişini saxlayıb.
King.Az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Misirdən gələn sərnişinin baqajına baxış zamanı 17 baş Nil timsahı və 10 ədəd Nil kərtənkələsi (ən böyük kərtənkələlərdən biri) aşkar edilib.
Saxlanılan şəxsin heyvanların ölkəyə gətirilməsinə icazə verən heç bir sənədi olmayıb. Onun sözlərinə görə, onları Suriya ilə həmsərhəd Hatay vilayətinə aparırmış.
"Canlı heyvanlar nazirliyin nümayəndələri tərəfindən mühafizəyə götürülüb", - deyə nazirlikdən bildirilib. Qaçaqmalçıya qarşı hansı tədbirlərin görüldüyü və hadisənin nə vaxt baş verdiyi açıqlanmır.

Oxşar Mövzular
A Seriyası: "Yuventus" qələbəni əldən verdi
6-10-2024, 17:32Gənc atıcılarımız dünya çempionatında ilkə imza atdı
30-09-2024, 17:15Öskürəkdən qısa müddətdə necə qurtulmaq olar?
7-10-2024, 21:54Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.