2
Şənbə
okt 26

Üzərlik haqqında - Özbək və Türkmənlərin sirri

Beyaz_Gul
Beyaz_Gul
Orta Asiya ölkələrində də bizdəki kimi gözdəymə və xəstəliklər zamanı qədim inanca görə yandırılan üzərlik otu həm də virus, parazit və bakteriyaları öldürən antivirus təsirə malikdir.
Məşhur rusiyalı həkim Uvaydov bildirir ki, evlərin dezinfeksiya edilməsi üçün üzərlik yandıra, eləcə də onun tüstüsünə evi, əşyaları, uşaqları və özünüzü tuta bilərsiz.
Üzərlik yandıqdan sonra ondan ayrılan efir yağları və birləşmələri ilə zəngin tüstü gözlə görünməyən bütün virusları məhv edir.
O qeyd edib ki, üzərlik dərman bitkisidir və yüzlərlə xəstəliyin dərmanıdır. Özbək qadınlar ondan sonsuzluğun müalicəsində də istifadə edir.
Özbəkistan, Türkmənistan və bir çox türk xalqlarında üzərlik qrip olan şəxsin otağında yandırılar, eləcə də suyu içilir.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.