Türkiyənin Trendyol Süper Liqasının 9-cu turunda "Samsunspor" və "Fənərbağça" üz-üzə gəlib.
King.Az xəbər verir ki, Samsunun "19 Mayıs" stadionunda keçirilən görüşü Muhammet Ali Meteoğlu idarə edib, VAR-ın kürsüsündə isə Atilla Karaoğlan əyləşib.
Matçın ilk hissəsi qolsuz başa çatıb. İkinci hissədə isə hər iki komanda fəal oyun nümayiş etdirib. 54-cü dəqiqədə Dusan Tadiç "Fənərbağça"nı önə keçirib. "Samsunspor" 49-cu dəqiqədə Karlo Holsenin qolu ilə hesabı bərabərləşdirib. Ancaq çox keçmədən 62-ci dəqiqədə Allan Saint-Maximin rəqib qapısından ikinci topu keçirdi və "Fənərbağça" yenidən atdığı qolla önə keçib - 2:1.
Matçın sonlarına doğru isə təcrübəli yarımmüdafiəçi Soner Aydoğdu 88-ci dəqiqədə "Samsunspor"u xilas edib və oyun 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu görüşdən əvvəl "Samsunspor" 18, "Fənərbağça" isə 16 xala malik idi. Heç-heçə nəticəsindən sonra "Samsunspor" xalını 19-a, "Fənərbağça" isə 17-yə yüksəldib.

Oxşar Mövzular
Gündəlik Bürclər-(21.10.2024)
21-10-2024, 00:02Firuze (Sezen Aksu X Taladro)
21-10-2024, 23:14UEFA Avropa Liqası: "Beşiktaş" "Malmö"yə qarşı
6-11-2024, 12:29Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.