4
Şənbə
okt 19

"Real" Mbappenin transferindən peşman olub

HASANLY
"Real Madrid" fransız hücumçu Kilian Mbappenin transferindən narazıdır.

King.Az "Daily Mail"ə istinadən xəbər verir ki, bu barədə jurnalist Romen Molina məlumat verib.

"Real" onu dəvət etdiyinə görə peşman olub. Mən buna zəmanət verirəm. Bunu mənə səs qeydi olmadan deyiblər. Onu məhz Florentino Peres istəyib, o, ulduz oyunçuları sevir. Klub üzvləri onun oyun səviyyəsindən məyus olublar. Bəlkə də, bunda Kilianın təqsiri yoxdur", - R.Molina bildirib.

Xatırladaq ki, K.Mbappe ilə "Real" arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu İspaniya nəhənginə azad agent kimi keçib. Bundan əvvəl forvard Fransanın "Monako" və PSJ klublarında çıxış edib.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.