Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Mərkəzi və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilən "Şuşa" adlı film "Stigmart" məşhur musiqili yayım platformasında yerləşdirilib.
King.Az bildirir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, beynəlxalq layihə olaraq "Altea Media" şirkəti tərəfindən lentə alınan film Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin və klassik musiqi irsimizin dünyada təbliği məqsədi daşıyır.
Filmdə Şuşa ilə bağlı arxiv materialları və şəhərin müasir ecazkar görüntüləri Xalq artisti Murad Hüseynovun pianoda Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Adil Bəbirov kimi görkəmli bəstəkarlarımızın klassik əsərlərini ifası ilə müşayiət olunur.
Eyni zamanda, Qarabağ xalçaları və Xalq rəssamı Arif Hüseynov, gənc rəssamlar Leyla Əliyeva və Anar Hüseynzadənin əsərləri təqdim edilir. Filmdə AzTV, Milli Arxiv İdarəsi və "Azərxalça" ASC tərəfindən təqdim edilmiş materiallardan istifadə olunub.
Filmin dünyanın ən məşhur musiqi kanallarından hesab edilən "Mezzo TV"də də yayımlanması nəzərdə tutulur.

Oxşar Mövzular
Lerçek məhkəmədə heç bir ittihamı qəbul etməyib
7-10-2024, 22:41"Qalatasaray" klubunun sabiq hücumçusu karyerasını başa vurub
11-11-2024, 13:37Tom Kruzun növbəti filmi açıqlandı
1-12-2024, 13:44Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.