2
Cümə axşamı
okt 17

Qərb astrologiyasında əsas ünsürlər

Beyaz_Gul
Bürclər dörd qrupa ayrılmışdır: Atəş, Torpaq, HavaSu. Hər qrupda üç bürc olur. Hansı qrupa aid olduğunuzu bilərək əsas şəxsiyyət xüsusiyyətlərinizi anlaya bilərsiniz. Tanıdiğınız insanlarıda daha yaxşı anlaya bilərsiniz. Atəş bürcləri Qoç, Aslan və Oxatandır. Atəşin xüsusiyyəti enerjili, həvəsli və müsbət olmasıdır. Torpaq bürcləri Buğa, Qız və Oğlaqdır. Torpağın xüsusiyyəti də pragmatik, sakit və mənfi olmasıdır. Hava bürcləri Əkizlər, Tərəzi və Dolçadır. Havanın xüsusiyyəti, söhbətcil, ağıllı və müsbət olmasıdır. Su bürcləri Yengəc, Əqrəb və Balıqdır. Suyun xüsusiyyəti də təsir edici, romantik və mənfi olmasıdır. Unutmayın ki burada yalnız günəş bürcünüzlə əlaqədar şərhlər edirik. Doğum xəritənizi burdan təmin edib yüksələn bürcünüzü, ay bürcünüzü və xəritənizdəki digər planetlərin mövqelərini bilərək daha detallı məlumatlar əldə edə bilərsiniz. Yenə də günəş bürcünüz çox əhəmiyyətli bir yer tutduğu üçün aylıq və illik təxminlərimiz sizə işıq tutacaq. Yüksələn və ay bürcünüzü bilirsinizsə aylıq və illik təxminlərdə onlarıda oxumağı unutmayın.

Qərb astrologiyasında əsas ünsürlər

Atəş

Atəş bürcləri çox canlı və güclüdürlər. Son dərəcə yaradıcı, həvəs və enerji doludurlar. Yeni fikir və anlayışlarla oynamağı sevdikləri üçün hər mövzuda yeni cərəyanlar gətirə bilərlər. Doğuşdan liderdirlər, güclü xarizmaları və pıçıltıları işıltılı xarakterləri ilə insanları özlərinə çəkərlər. Yüksək idealları, geniş görüş bucaqları, ehtirasları və "hər şeyi edə bilərəm" iddiaları ilə ilham verici və təsir edicidirlər. Atəş bürcləri son dərəcə cəsarətli, girişkən olduqları üçün canlılığı və həyat gücünü idarə edərlər. Qüvvətli eqoları ilə maraq mərkəzi olarlar. Azadlıqlarına və fərdiliklərinə çox düşkündürlər və təzyiqə dözə bilməzlər. Qoç, Zodiakın ilk bürcüdür və yuxarıda saydığımız xüsusiyyətləri qüsursuz bir şəkildə əks etdirir. Ən təşəbbüskar bürcdür. Yeni başlanğıcları, fikir və üsulları hərəkətə keçirər. İş həyatı və silahlı qüvvətlər qoç bürcünün oyun sahəsi sayılır. Aslan bürcü, atəş qrupu xüsusiyyətlərini yaradıcı və mədəni sahələrdə göstərir. Qabiliyyətli rəssamların, pyes müəlliflərinin, aktyorların və dizaynçıların bürcüdür. İşləri nə olursa olsun Aslanlar etdikləri işə öz damğalarını vurarlar və hamısında bir az nümayişkar bir yön vardır. Yay bürcü isə atəş enerjisini beynəlxalq, təhsil, araşdırma, səyahət və alimliyə yönəldir. Tarixi məlumatları toplar, qoruyar, sintez edər və buna görə də bir az filosofdur.



Torpaq

Torpaq bürcləri forma verər, infrastrukturunu qurar və meydana gətirər. Zodiakın istehsalçılarıdır və hadisələri reallaşdırarlar. Özlərinin ya da yaxınlarının yuxularını reallaşdırarlar. Şəkil çəkməkdən büdcə hesablamağa, iş proqramından iş axışına və zamanında bitirməyə qədər bir işin bütün mərhələlərini yaxşı qavrayar və həyata keçirərlər. Özlərini etdikləri işə həsr edən, məsuliyyət sahibi kəslərdir. Müvəffəqiyyətlərinin böyük bir hissəsini pragmatik olmalarına və əllərindəki qaynaqları yaxşı istifadə etmələrinə borcludurlar. Həqiqidirlər və anlayış qabiliyyətləri inkişaf etmişdir. Son dərəcə dəqiqdirlər və zamanlamaları yaxşıdır. Sadiq, səbirli və balanslıdırlar. Tədbirli, mühafizəkar bir şəxsiyyətə sahib olduqları üçün ani qərarlar verməz, addımlarını düşünərək təyin edərlər. Bu sayədə pulları, zamanları və enerjilərini boşa xərcləməzlər. Uzun vədəli planlar qurarlar. Son dərəcə ehtiraslı, qərarlı oluşları və qüvvətli iradələri ilə istədikləri mövzularda çox müvəffəqiyyətli olarlar. Buğa bürcü torpaq qrupu xüsusiyyətlərini sahib olduqları ilə və təhlükəsizlik axtarışı ilə göstərər. Buğa bürcünün həssas və materialist təbiəti onları çox yaxşı muzey idarəçiləri edər. Qiymətli sənət əsərlərini, qiymətli şeyləri toplamaya və qorumağa maraqlıdır. Qız bürcündəki torpaq qrupu xüsusiyyətləri isə sağlamlıq mövzularına düşkünlük şəklində özünü göstərir. Bir çox həkim, bioloq qız bürcündəndir. Qız bürcü 6. evin idarəçisidir və sağlamlıq, gündəlik işlər, xidmət mövzularını idarə edir. Başqa bir deyişlə Qızlar torpaq qrupu xüsusiyyətlərini araşdırma, nizamlılıq dəqiqlik və çalışqanlıqları ilə ortaya qoyarlar. Etdikləri işi ən incə detalına qədər enib, qüsursuz hala gətirərlər. Başaqlardan böyük yazıçılar, idarəçilər, kitabxanaçılar, mühasiblər çıxar. Nizam və diqqət istəyən işlərdə qüsursuzdurlar. Oğlaq bürcü, torpaq qrupu xüsusiyyətlərini dövlətdə və böyük işlətmələrdəki iyerarxiyadakı mövqeyi ilə göstərər. Böyük firmalar və dövlətdə, nizam-intizam olmadığı təqdirdə böyük qarışıqlıq olacağının şüurundadırlar. Oğlaq bürcü əmr-idarə formasını yaxşı anlar və iyerarxiyaya hörmət göstərər. Buna görə də böyük quruluşlarda nəhayətdə səlahiyyət sahibi və etibarlı kəslər olurlar. Oğlaq bürcləri böyük şirkətlərdə şöbə rəisi ya da şirkət idarəçiləri olar.



Hava

Hava bürcləri fikir mübadiləsi və komunikasiyanı idarə edər. Bunlar ən intellektual və ağıllı bürclərdir. Maraqlı, hərəkətli hava bürcləri davamlı yeni fikirlərə açdırlar. Ağıl verən, hərtərəfli, söhbətcil, hərəkətli və diribaş tiplərdir. Şirinlikləri ilə hər istədiklərini etdirməyi, bacarıqları ilə də çətin vəziyyətlərin öhdəsindən gəlməyi yaxşı bilərlər. Məlumat toplamağı və yaymağı sevən ictimai kəslərdir. Hava bürcləri zodyakın məlumat prosessorlarıdır. Bütün bürclər içində ən az romantik olan və tərəf tutmayan bürclərdir. Düzgünlüyə və həqiqətə çox əhəmiyyət verərlər. Əkizlər bütün hava bürcləri içində ən çox komunikasiyaya ehtiyac duyan bürcdür və bir az da boşboğazdır. Ağıl icra etmə qabiliyyəti inkişaf etmişdir. Analiz, sintez və məlumat arxasınca qaçar. Əkizlər bürcünün çoxunda yazı yazma qabiliyyəti vardır. Bir çox əkizlər xəbərçi ya da jurnalist olmaq istəyir. TV və qəzetlərin xəbər otaqları, aerodromlar, gecə klubları, kimi hərəkətli yerlərdə olmaqdan böyük zövq alar. Tərəzi bürcü simvolu tərəzi kimi tarazlıq və ədalət üçün səy göstərər. Mühakimə sistemində bir çox vəkil, hakim ya da prokuror Tərəzi bürcüdür. Gözəl sənətlərlə əlaqədar sahələrdə də Tərəzi bürclərinə rast gələ bilərsiniz. İkisində də layiq olan ortaq nöqtəni tapmaq olduqca çətindir. Dolça bürcü hava bürcləri içində icad qabiliyyəti olan bürcdür. Zəkasını və texnologiyanı birləşdirərək insanlığın həyat standartını yüksəltməyə çalışar. Dolça eyni zamanda qardaşlığın və yoldaşlığın bürcüdür. Təbiət elmləri, texnologiya və siyasət ilə məşğul olar. Dolça bürcü yaxşı istiqamətdə ictimai dəyişikliklər istər.



Su

Su bir çox şəkildə ola bilər. Maye, buxar, qaz ya da donmuş ola bilər. Kiçik bir su qabarcığı qədər günahsız ya da okeandakı qabarmış bir dalğa qədər vəhşi ola bilər. Hər şeyi çox dərindən hiss edən su bürclərinin içlərində ehtiras fırtınaları əssə də çölə çox bir şey bildirməzlər. Sakit sular dərin olar. Su bürcləri bir şeyi anlayıb həll etməyə çalışdıqları zaman səssizləşib içlərinə qapanarlar. Onları tanımaq və anlamaq zaman içində olacaq. Özlərini yavaş yavaş açarlar. Dərin və güclü duyğularını diqqətlə qorumağa çalışarlar. Aşiq olduqları zaman ürəkdən sevərlər və çox bağlanarlar. Romantik və çox həssasdırlar. Hissləri çox güclüdür və sizin söylədiklərinizdən çox üz ifadənizdən bədən dilinizdən məna çıxararlar. Bu xüsusiyyət Balıq bürcündə çox inkişaf etmişdir. Su təmizləyər və həyatın davam etməsini təmin edər. Su universal həlledicidir, maddələri həll edər və onun xüsusiyyətlərinə uyğunlaşar. Su bürcündən birinə probleminizi izah edin, öz problemi imiş kimi boynuna götürər. Sizi diqqətlə dinlər, duyğularınızı hiss edər, mənən dəstək olar və yaxşı tövsiyələr verər. Başqalarının dərdlərini öz dərdləri kimi boynuna götürüb kədərlənməkdən və davamlı fədakarlıq etməkdən yorularlar. Buna görə hərdən bir tək qalıb özlərinə gəlməyə ehtiyac duyarlar. Su qrupu ruhu idarə edər. Su məhdudlaşdırılmağı sevməz, təxəyyülü çox inkişaf etmişdir və çox yaradıcıdır. Şəkil, musiqi, fotoşəkilçilik, ədəbiyyat və rəqsdə digər insanlardan ilham alaraq yaradarlar. Yaradıcılıqla əlaqədar işlərdə, kiçik işlətmələrdə, emalatxanalarda ya da öz işlərində işləməkdən zövq alarlar. İti hissləri ilə maliyyə sahəsində də çox müvəffəqiyyətli ola bilərlər. Su bürcləri yaxın əlaqələrdə çox müvəffəqiyyətlidirlər. Yengəc bürcü, su qrupunu xüsusiyyətlərini ailəsinə və yuvasına olan bağlılığı ilə göstərərlər. Ailəsini bəsləyər, böyüdər və qoruyar. Cəmiyyətləri meydana gətirən ən kiçik vahid ailədir. Yaxşı bir yuva qurucu olan Yengəc üçün ən əhəmiyyətli şey yoldaşı və uşaqları ilə sevgisini paylaşmaqdır. Əqrəb bürcünü , insanlar arasındakı seksual və pul əlaqələr çox maraqlandırar. Astrologiyada 8. evin nümayəndəsi olan Əqrəb, doğumu, ölümü və yenidən doğuşu təmsil edər. Bu ev eyni zamanda başqalarının pulunu təmsil edər. Əqrəblərdə başqalarının pulunu idarə etmədə çox bacarıqlıdırlar. Sirrli strukturları vardır və özləri haqqında ipucu verməzlər. Balıq sonuncu bürcdür və özündən əvvəl gələn bütün bürclərdən bir xüsusiyyət götürmüşdür. Buna görə də bütün bürclərlə yaxşı razılaşar. Mənəvi dəyərləri ağırlıq təşkil edən Balıq bürcü digər insanlara kömək edər. Dolça ümumi mənada insanlıq üçün bir şeylər edərkən, Balıq bürcü birə-bir insanlara köməkçi olar. Başqalarına kömək etmək uğruna özünü fəda edə bilər. Balıq bürcü fədakarlıq deməkdir və yaxınları üçün edə bilməyəcəyi fədakarlıq yoxdur.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.