5
Şənbə
okt 12

Avropa Kuboku: Voleybolçularımız dörddəbir finalda Türkiyə klubu ilə qarşılaşacaqlar

Beyaz_Gul
Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda "Azərreyl"in qadınlardan ibarət komandasının növbəti rəqibi dəqiqləşib.

King.Az xəbər verir ki, təmsilçimiz 1/4 final mərhələsində "TVF Spor Lisesi İhtisas" kollektivi ilə üz-üzə gələcək.

Hər iki qarşılaşma bu gün gerçəkləşəcək. Matçlar Bakı vaxtı ilə saat 15:15-də və 16:00-da start götürəcək.

Qeyd edək ki, "Azərreyl" daha əvvəl Avstriyanın "Bergstrand Beachvolleyball" və Sloveniyanın "BVC Ludus" klublarını məğlub edib.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.