1
Bazar günü
okt 06

La Liqa: "Real Madrid" "Barselona"ya çatdı

HASANLY
İspaniya La Liqasında IX turun oyunları keçirilir.

King.Az xəbər verir ki, çempion "Real Madrid" öz stadionunda "Vilyarreal"la qarşılaşıb.

Meydan sahibləri Valverde (14) və Vinisiusun (73) qolları ilə inamlı qələbə qazanıblar - 2:0.

Bununla da, hazırda ikinci pilləni tutan kral klubu xallarını 21-ə çatdıraraq lider "Barselona"ya çatıb. Lakin katalonların ehtiyatda bir oyunu var.

"Vilyarreal" isə 17 xalla ilk üçlüyü qapayır.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.