3
Şənbə
okt 05

Türkiyədə Merih Demirala heykəl ucaldılıb

Admin
Türkiyənin Bolu şəhərində Türkiyə milli komandasının müdafiəçisi Merih Demirala heykəl ucaldılıb.

King.Az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Xatırladaq ki, Avropa Çempionatının 1/8 final mərhələsində baş tutan Türkiyə - Avstriya qarşılaşmasında dubl edərək qələbədə böyük pay sahibi olan Merih Demiral "bozqurd" işarəsi göstərmişdi. Bu hadisədən sonra futbolçunun hərəkəti siyasi jest kimi qiymətləndirilmiş və ona ikioyunluq cəza verilmişdi.

Öz növbəsində Bolu Bələdiyyə Başçısı Tanju Özcan söz vermişdi ki, Merih Demirala şəhərdə heykəl ucaldılacaq.

Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.