Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 2-nə olan məlumata əsasən, ölkə ərazisində oktyabrın 1-də gündüz saatlarından başlayaraq hava şəraiti dəyişib. Bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.
Düşən yağıntının miqdarı Göygöldə 10 mm, Daşkəsəndə 8 mm, Şahbuzda 7 mm, Tərtər, Şəki, Yevlax, Goranboy və Gədəbəydə 2 mm, Naxçıvan, Quba, Xaltan, Xınalıq, Altıağac, Naftalan, Bərdə, Ağdam, Ağcabədi, Kürdəmir, Sabirabad, İsmayıllı, Qəbələ, Şamaxı, Beyləqan, Daşkəsən, Ağsu, Gəncə, Göyçay, Mingəçevir, Oğuz, Qusar, Balakən, Xaçmaz və Qaxda 1 mm-dək olub.
Sarı xəbərdarlığa uyğun olaraq, qərb küləyinin sürəti Şahdağda arabir 20 m/s-dək güclənib. Göygöl, Daşkəsən, Şəmkir və Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-də 29, Aran rayonlarında 27, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb.

Oxşar Mövzular
BDU-nun dosenti vəfat etdi
12-01-2025, 20:54UEFA Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu bəlli olub
13-12-2024, 12:05A Seriyası: "Yuventus" qələbəni əldən verdi
6-10-2024, 17:32Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.