"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən, iki ölkə arasında "Məharət-2024" kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində sentyabrın 30-dan etibarən keçiriləcək təlimə hər iki ölkədən ümumilikdə 100-dən çox hərbi qulluqçu cəlb olunacaq.
Təlimin keçirilməsində əsas məqsəd Azərbaycan və Özbəkistan ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.
Qeyd edək ki, "Məharət-2024" kompüter dəstəkli taktiki komanda-qərargah təlimi oktyabrın 6-dək davam edəcək.

Oxşar Mövzular
Vətən müharibəsinin 19-cu günü: Altı kənd işğaldan azad edilir
15-10-2024, 12:19UEFA-nın əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişməyib
2-10-2024, 12:33Bəzi yerlərdə şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA
2-10-2024, 12:57Azərbaycan Premyer Liqası: "Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı
19-10-2024, 21:33Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.