0
Friday
Sep 27

Metronun "28 May" stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək

Admin
Admin
Bakı Dəmiryol Vağzalı və metronun "28 May" stansiyasının qarşısında abadlıq-quruculuq işləri aparılan ərazidə tikinti altına düşən yaşıllıqlar köçürüləcək.

"Report" xəbər verir ki, bunu "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin mühəndisi Ariz İsmayılov Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, tikinti işlərinə görə 10 şam ağacı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ətraf ərazilərinə köçürüləcək:

"Beton hissələrə düşən yaşıllıqlar kiçik parametrli və köçürülməyə uyğun ağaclardır. Tikinti zamanı həmin bölgədəki yaşıllıq ərazilərə dəyən ziyanı minimum səviyyəyə endirməyə çalışırıq. Ekoloji mühiti qorumaq üçün 2 400 kvadratmetri yaşıllıqlardan ibarət olan 3.5 hektar ərazini əhatə edən park tikilir. Parkda tikilən ağaclar Bakı iqliminə uyğun növlərdir".
Şərhlər (0)

Information
Users of Qonaq are not allowed to comment this publication.